Saakaşvili gizli dinləmələrə görə postunu itirə bilər

Sabiq DİN rəhbərinin həbsi ilə bağlı yeniliklər var



Həbs edilən sabiq gürcü nazir müavini ilə bağlı yeni faktlar ortaya çıxıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Şotu Xizanişvili vəzifə səlahiyyətlərini aşmaqda, şəxsi məlumatları qanunsuz yolla əldə etməkdə günahlandırılır.

Burada söhbət Saakaşvilinin rəqibləri barəsinə gizli məlumatların toplanmasından gedir. Belə ki, parlament seçkilərinə bir neçə gün qalmış İvanişvilinin cangüdəni adından youtube-a yerləşdirilən video görüntülər gizli dinləmə və video çəkilişə bariz nümunə hesab edilir. Ekspertlər hesab edirlər ki, bu yolla İvanişvili komandası sifarişin birbaşa prezidentdən gəldiyini sübut etmək və beləliklə onun vəzifədən uzaqlaşdırılmasına və ya həbsinə nail olmaq istəyirlər. Burada söhbət prezidentin impiçmentindən də gedə bilər.

Bununla belə, Xizanişvili hazırda ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Vəkili Mamuk Çabaşvili isə bildirir ki, onun müvəkkili sadəcə şahid qismində dindirilib. Ekspertlər isə vəziyyətin göründüyü qədər sadə olmadığı qənaətindədirlər.

Sadiq Musa
AzNews.az