Terrorçuların toplaşdığı ev mühasirəyə alındı

Dağıstanda antiterror əməliyyatı keçirilir. AzNews.az-ın vesti.ru saytına istinadən
verdiyi xəbərə görə, Dağıstanın Qarabudaxkənd rayonunun Qubden kəndində yerləşən şəxsi evlərin birində terrorçular mühasirəyə alınıb.

Verilən məlumata görə, terrorçularla xüsusi təyinatlılar arasında atışmada 2 təyinatlı yaralanıb ki, onlardan biri elə hadisə yerindəcə keçinib. Hazırda əməliyyatın davam etdirildiyi bildirilir. Evin daxilində nə qədər terrorçunun olması ilə bağlı məlumat verilmir.

Sadiq Musa
AzNews.az