Erməni nazir müharibə ehtimalından danışdı

Ermənistanın Müdafiə naziri Seyran Ohanyan müharibə ehtimalından danışıb. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ohanyan bildirib ki, indiki vəziyyətdə müharibə ehtimalı 50 faizdir. "Biz regiondakı geosiyasi reallıqda qonşularımızın fəaliyyətini izlədikdə, bu nəticəyə gəlirik ki, müharibə ehtimalı orta səviyyədən bir az aşağıdır" Erməni Müdafiə naziri təhdid xarakterli bəyanatlarından da çəkinməyib. O, bildirib ki, Ermənistan tək tərəfli güzəştə getməyəcək. "Güzəşt qarşılıqlı olmalıdır".

Sadiq Musa
AzNews.az