- Köhnə - Region
- 21 Noyabr 2012 11:00
- 3 211
Ermənilər İstanbulda məktəb tikəcək
Bütün xərcləri Kilsə Fondu üzərinə götürüb
Türkiyədəki erməni icması İstanbulda məktəb tikəcək. AzNews.az-ın hurriyetdailynews.com saytına istinadən verdiyi xəbərə görə, artıq bunun üçün lazımi icazə də alınıb.
Verilən məlumata görə, Erməni Dadyan məktəbi iki ildə tamamlanacaq və bütün tikinti xərcləri erməni icması tərəfindən qarşılanacaq. Asvazsazsin Kilsə Fondunun idarə heyətinin üzvü Məsut Özdəmir bildirib ki, Ədalət və İnkişaf partiyasının hakimiyyəti dövründə erməni icması müxtəlif təşəbbüslərini həyata keçirə bilib. O, erməni kilsələrinin bərpasını da nümunə gətirib.
Qeyd edək ki, İstanbulda rəsmən 50 min erməni yaşayır.
Sadiq Musa
AzNews.az