- Köhnə - Region
- 21 Noyabr 2012 12:20
- 4 389
Vahid Ələkbərovun obyektinə silahlı basqın edildi
Kassadan böyük məbləğdə pul götürülüb
Gürcüstanda azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus "Lukoil" şirkətinin paytaxt Tiflisdə yerləşən yanacaq doldurma məntəqəsinə basqın olub.
AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, 2 silahlı şəxs yanacaqdoldurma məntəqəsinin əməkdaşlarına güc tətbiq edərək kassadan külli miqdarda vəsaiti götürərək aradan çıxıblar.
Oğurlanan pulun dəqiq miqdarı ilə bağlı hər hansı məlumat verilmir, sadəcə bildirilir ki, faktla bağlı cinayət işi açılıb.
Sadiq Musa
AzNews.az /b>