Türkiyədə silah qaçaqmalçılığına qarşı nəhəng əməliyyat həyata keçirilib. Türkiyədə silah qaçaqmalçılığına qarşı nəhəng əməliyyat həyata keçirilib.

1500 polis ev və ofislərə girdi - 54 nəfər saxlanıldı

Türkiyədə silah qaçaqmalçılığına qarşı nəhəng əməliyyat həyata keçirilib.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat 1500 polisin iştirakı ilə eyni zamanda 6 ərazidə - İstanbul, Şırnak, Edirne, Muş, Mardin ve Trabzonda baş tutub.

Əməliyyat əsnasında 143 ev və iş yerində axtarış aparılıb. Silah qaçaqmalçılığı ilə əlaqəsi olan 54 nəfər saxlanılıb.

Saxlanılanlardan 3-ünün keçmiş polis əməkdaşı olduğu bildirilir. Əməliyyat çərçivəsində aparılan axtarışlarda 71 tapança, 16 pompalı tüfəng, çoxlu sayda maqazin, mərmi və patron ələ keçirilib.

Aydan AXUNDOVA