- Köhnə - Region
- 22 Noyabr 2012 11:59
- 4 732
İran Həması silahlandırdığını etiraf etdi
General Əli Cəfəri: “Biz raketlərin istehsal texnologiyasını Həmasa vermişik”
İranın İslam İnqilabçıları Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Cəfəri Həmasın silahlandırılması ilə bağlı Fransa Xarici İşlər naziri Loran Fabiusun iddiasına cavab verib.
AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, Əli Cəfəri bildirib ki, Həmasa birbaşa olaraq raketlər verilməyib: "Biz Həmasa uzaq mənzilli raketlərin istehsal texnologiyasını vermişik, ancaq onları hazır raketlərlə təmin etməmişik".
İranlı general raketin adını da açıqlayıb və bildirib ki, söhbət uzaq mənzilli "Fəcr-5" raketlərindən gedir. Əli Cəfəri müsəlmana xalqlarına istənilən hərbi köməkliyi göstərə biləcəklərini deyib: "Biz müsəlman dövlətlərinə istənilən hərbi yardım etməyə, təcrübəmizi bölüşməyə hazırıq. Biz istəyirik ki, onlar özlərini və xalqlarını müdafiə edə bilsinlər".
Sadiq Musa
AzNews.az