- Köhnə - Region
- 16 İyul 2016 18:25
- 7 186
Türkiyə hökuməti İncirlik hərbi bazasını bağladı
Türkiyə hakimiyyəti Adana vilayətində yerləşən və ABŞ ordusu ilə NATO-nun istifadəsində olan İncirlik hərbi hava bazasını bağlayıb.
Bu barədə "CNN İnternational" məlumat yayıb. Məlumata əsasən bazaya giriş-çıxışlar dayandırılıb. ABŞ-ın Adana şəhərindəki Baş Konsulluğu hərbi bazaya verilən elektrik enerjisinin kəsildiyini açıqlayıb. Konsulluq ABŞ vətəndaşlarını bazadan uzaq durmağa çağırıb.
ABŞ Milli Təhlükəsizlik Şurasının bu gün prezident Barak Obamanın sədrliyi ilə keçiriləcək iclasında Türkiyədə baş verən hadisələr müzakirə olunacaq.
Apa.az