"İran-Azərbaycan əlaqələri istənilən səviyyədə deyil" "İran-Azərbaycan əlaqələri istənilən səviyyədə deyil"

İran səfirindən şok etiraf

"İran-Azərbaycan əlaqələri istənilən səviyyədə deyil"



"İran-Azərbaycan əlaqələri istənilən səviyyədə deyil". APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasındakı əlaqələrdə iqtisadiyyatın ən vacib sahələrindən biri nəqliyyat sistemidir: "Bu da Asiya ilə Avropa arasında körpü rolunu oynayır. İranla Azərbaycanın coğrafi mövqeyi nəzərə alınarsa, ixrac məhsullarının Asiya, Avropa və Afrika bazarlarına çıxmasında İran yolu çox əhəmiyyətlidir".

İran səfiri Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinə də toxunub: "Xəzəryanı ölkələr arasında görüşlər müxtəlif səviyyələrdə keçirilir.

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün işçi qrupu nizamlı şəkildə fəaliyyət göstərir. Hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri dənizin hüquqi statusu ilə bağlı konvensiyanı hazırlamaqla məşğuldur. Konvensiya bütün ölkələrin haqları və fəaliyyətləri də nəzərə alınaraq hazırlanır".

AzNews.az