Prezident iqamətgahı qarşısına yürüş

Ermənistandakı "Nairit" adlı kimya zavodunun 1500-ə yaxın fəhləsi prezident iqamətgahına yürüş edir. tert.am erməni saytı xəbər verir ki, aksiyaya səbəb işçilərin bir ilə yaxındı əmək haqqlarını ala bilməməsidir. Aksiyaçılar tələb edir ki, onların probleminin həlli ilə prezident Serj Sərkisyan məşğul olsun.

Qeyd edək ki, əmək haqqlarını ala bilməyən digər zavod işçilərinin də aksiyalara başlaması gözlənilir.

Azər
AzNews.az