- Köhnə - Region
- 26 Noyabr 2012 09:37
- 3 739
Saakaşvili Ermənistana gedir
O, Şərq Tərəfdaşlığı toplantısında iştirak edəcək
Gürcüstan prezidenti Mixail Saakşavili Noyabrın 30-da Ermənistana səfər edəcək. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, gürcü prezident ikinci Şərq Tərəfdaşlığı toplantısında iştirak etmək məqsədilə İrəvana yollanır.
Verilən məlumata görə, toplantıda Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo, Avropa Xalq partiyasının sədri Vilfred Martin iştirak edəcək.
Qeyd edək ki, birinci Şərq Tərəfdaşlığı toplantısı bu ilin iyulunda Gürcüstanın Batumi şəhərində təşkil olunmuşdu.
Sadiq Musa
AzNews.az