Moskvada atışmanın detalları məlum oldu

Rusiya paytaxtında azərbaycanlılar və Şimali qafqazlılar arasında baş verən atışmanın detalları məlum olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, noyabrın 24-də axşam saatlarında paytaxtın Dekabristov küçəsindəki restoranın yanında bir qrup azərbaycanlı və şimali qafqazlılar arasında dava düşüb.

Dava nəticəsində azərbaycanlı Şirin Hümbətov öldürülüb, onun bacısı oğlu Polad ayağından, digər azərbaycanlı 48 yaşlı Şahin Nağıyev isə sinəsindən güllə yarası alıb.

Şirin Hümbətov Dekabrsitov küçəsində yerləşən restoranın həyətində Şimali Qafqazdan olan bir şəxslə mübahisə edib.

Onlara yaxınlaşan Şahin Əliyev bir az yavaş danışmalarını xahiş edib. Bundan sonra isə atəş səsləri eşidilib. Başında iki güllə yarası alan Şirin Hümbətov hadisə yerində ölüb.

Onun bacısı oğlu və Şahin Nağıyev isə yaralanıblar. Azərbaycanlılara atəş açan isə hadisə yerindən qaçıb. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az