- Köhnə - Region
- 27 Noyabr 2012 08:14
- 3 057
Baş nazir Jvaninin ölümü araşdırılacaq
"Sabiq Baş nazir bədbəxt hadisə nəticəsində deyil, qəsdən öldürülüb"
Gürcüstanın Baş prokurorluğu sabiq Baş nazir Zurab Jvaninin ölümünü araşdıracaq. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı mərhumun qardaşı Qeorqi Jvani verib: "Jvaninin ölümü ilə bağlı istintaq yenidən qaldırılır. Sadəcə bunu deyə bilərəm. Digər detallar barədə isə məlumatım yoxdur".
Qeyd edək ki, Gürcüstanda İvanişvili hökuməti bir sıra ölüm işlərini yenidən qaldıracaqlarını açıqlamışdı ki, onların başında da Zurab Jvani gəlirdi. İvanişvili hökumətində hesab edirlər ki, sabiq Baş nazir bədbəxt hadisə nəticəsində deyil, qəsdən öldürülüb və onun ölümündə indiki prezident Saakaşvili və sabiq Daxili İşlər naziri Vano Merabişvilinin əli var.
Qeyd edək ki, Jvani 2005-ci ilin əvvəlində öz mənzilində milliyətcə azərbaycanlı Raul Usubovla birlikdə dəm qazından zəhərlənərək ölmüşdü.
Sadiq Musa
AzNews.az