Sarkisyan xalqına “Yeni il sürprizi“ etdi

Moskva-İrəvan reysinə aviabiletlərin qiyməti qalxıb



Moskva-İrəvan təyyarəsinə aviabiletlərin qiyməti qalxıb. Anspress-in məlumatına görə, ekonom-klass salona biletin qiyməti bir həftə əvvəl 297 dollar idisə, indi həmin reysə biletin qiyməti 370 dollar təşkil edir.

Qeyd edək ki, son həftə ərzində bu Ermənistanda qiymət artımı ilə bağlı ilk xəbər deyil. Bundan əvvəl Ermənistanda çörək və digər gündəlik tələbat mallarının qiymətinin qalxması halları müşahidə edilib.

Ancaq ermənilər qiymət artımı ilə bağlı hökumət tərəfindən yeni sürprizlərlə üzləşəcəklərini hesab edirlər. Görəsən Ermənistan hökuməti əhaliyə Yeni il ərəfəsində qiymət artımı ilə bağlı hansı "hədiyyələri" edəcək?

AzNews.az