Sarkisyan Rusiyanı tənqid etdi

“Strateji tərəfdaş bu cür addımlar atmamalıdır”



Ermənistanın Baş naziri Tiqran Sarkisyan Rusiyan ittiham edən bəyanatlar səsləndirib. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, erməni nazir Rusiyanın "İzvestia" qəzetinə verdiyi müsahibəsində "Həmvətənlər" proqramını kəskin tənqid atəşinə tutub: "Bizim demoqrafik problemlərimiz var.

Bu proqram Ermənilərin Rusiyaya köçü artırır. Rusiya öz demoqrafik problemlərini keçmiş Sovet İttifaqı ölkələrinin hesabına həll etmək istəyir. Bu bizim maraqlarımıza zidd addımdır. Rusiya strateji tərəfdaş kimi Ermənistanın maraqlarına zidd addımlar atmamalıdır".

Qeyd edək ki, Rusiya Ermənistanın iradlarına rəğmən proqramın Ermənistanla bağlı hissəsində hər hansı dəyişiklik etməyib.

Sadiq Musa
AzNews.az