France24: “Qondarma DQR ordusu yalnız müdafiə deyil həm, də hücum üçün yaradılıb” France24: “Qondarma DQR ordusu yalnız müdafiə deyil həm, də hücum üçün yaradılıb”

Fransa yenə ermənipərəst mövqe sərgilədi

France24: “Qondarma DQR ordusu yalnız müdafiə deyil həm, də hücum üçün yaradılıb”



Fransanın "France 24" kanalı qondarma Dağlıq Qarabağ ordusundan bəhs edən süjet hazırlayıb.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, qondarma respublikanın Müdafiə naziri Movses Akopyan bildirib ki, qondarma respublikanın ordusu yalnız müdafiə məqsədi ilə deyil, həm də hücum üçün yaradılıb: "Biz heç vaxt deməmişik ki, yalnız müdafiə olunuruq. Bizim ordumuzun funksiyası yanlış anlaşılmamalıdır".

Jurnalist ordu ilə bağlı durumu şərh edərkən isə qeyd edib ki, qondarma respublikanın ordusu cəmi bir neçə kilometr məsafədə təlim keçir və Ermənistan ordu birləşmələri də bu təlimlərdə yaxından iştirak edir. Bundan əlavə, müxbirin müsahibə aldığı bir şuşalı erməni isə azərbaycanlıların bu şəhərə, ümumiyyətlə isə Qarabağa qayıtmasını imkansız hesab edib.

Sadiq Musa
AzNews.az