Saakaşvili məhkəməyə verildi

O, başqasına məxsus partiyanı öz adına çıxmaqda ittiham edilir

Gürcüstan parlamentinin 1990-1991-ci illərdə deputatı olmuş Mirian Mirianaşvili Saakaşvilini məhkəməyə verir. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Mirianaşvili indi Saakaşvalinin sədrlik etdiyi Vahid Milli Hərəkat partiyasının ilk təsisçisi olduğunu deyib və əlavə edib ki, o, 3 üç il partiyanın sədri olub.

Sabiq deputat, bəzi detallara da aydınlıq gətirib: "Saakaşvilinin adından danışıqlar aparan Zurab Jvaniya 2002-ci ildə məndən partiyanın sədrliyini Saakaşviliyə verməmi istədi və mənə onun müavini olmağımı təklif etdi. Ancaq razılaşmadım.

Onlar isə 3 həftə Tiflisdə olmamağımdan istifadə edib partiyanı əlimdən aldılar". Mirianişvili eyni zamanda ciddi təhdid və təqiblərlə üzləşdiyini də dilə gətirib. O, bildirib ki, partiyanın əlindən alınması ilə razılaşmadığı üçün Saakaşvili onu ölkədən çıxarmaq istəyib və ona ciddi təzyiqlər göstərib.

Sadiq Musa
AzNews.az