- Köhnə - Region
- 4 Dekabr 2012 15:41
- 4 902
Ermənilər Moskva sirkində 7 pələng öldürdü - FOTO

Məlumata görə, pələnglərin ölümü qastrollara təsadüf edib. Artur Baqdasarov deyib ki, hər şey cavan pələnglərdən birinin axsaması ilə başlayıb.
Baqdasarov qardaşları pələngin xəstələnməsinə əhəmiyyət verməyiblər. Az sonra vəziyyət daha da pisləşib, pələnglər bir-birinin ardınca ölməyə başlayıb. Təlimçilər bunun səbəbini üzə çıxarmaq üçün ölən pələnglərin hamısını ekspertizaya veriblər.
Veterinarlar pələnglərin qanında hər hansı virus aşkarlamayıblar. Pələnglərin ölümünün səbəbi isə eyni olub. Pələnglərin ürəyi dayanıb, mədələrində spazma olub. Pələnglərdə zəhər qalıqları da aşkarlanmayıb. Belə görünür ki, pələnglərin ölümünün səbəbi təlimçilərin məsuliyyətsizliyi olub...
AzNews.az
