Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Akademiyasının rəisi Talqat Yesetovun ölüsü iş kabinetində aşkarlanıb. Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Akademiyasının rəisi Talqat Yesetovun ölüsü iş kabinetində aşkarlanıb.

Sərhəd xidməti akademiyasının rəisi intihar edib

Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Akademiyasının rəisi Talqat Yesetovun ölüsü iş kabinetində aşkarlanıb.



Respublikanın mərkəzi rabitə xidməti bildirib ki, Yesetovun cəsədi yerli vaxtla saat 20-da xidməti kabinetində güllə yarası ilə aşkarlanıb. İlkin ehtimala əsasən, o, intihar edib.
Hazırda hərbi prokurorluğun başçılığı ilə əməliyyat-axtarış qrupu olay yerində araşdırma aparır.

T.Yesetov 2009-cu ildən bu vəzifədə çalışırmış. Bu vəzifəyə təyin olunanadək o, Qazaxıstan bölgələrindən birində sərhəd xidməti idarəsinə başçılıq edib.