ETTELAAT MƏMURLARI APARDI VƏ 6 AY HƏBSƏ MƏHKUM EDİLDİ ETTELAAT MƏMURLARI APARDI VƏ 6 AY HƏBSƏ MƏHKUM EDİLDİ

Güneyli tanınmış jurnalist və QHT sədri həbs edildi-ÖZƏL

ETTELAAT MƏMURLARI APARDI VƏ 6 AY HƏBSƏ MƏHKUM EDİLDİ



AzNews.az-ın əldə etdiyi məlumata görə, bu gün İranda daha bir milli fəal həbs edilib. Həbs olunan milli fəal Yaşar Kərimi Həmədan Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 2004-cü ildə Həmədan Universitetində göstərdiyi fəaliyyətə görə həbs edilmişdi. 2010-cu ildə isə indi yeni GAMOH təşkilatı adlandırılan təşkilata üzv olmasına görə saxlanılıb.

4 ay ETTELAAT-da işgəncə görən Y.Kərimi jurnalist kimi də tanınır. O, Həmədanda nəşr olunan "Sina" qazetinin yaradıcılarından olub. Y.Kərimi həmçinin "Əvrin" və "Aydın-Səhər" adlı qeyri-hökumət təşkilatlarının qurucusudur. Bundan başqa o, "Bəyan" adlı dərnəyin katibi, "İldırım" öyrənci qəzetinin baş redaktoru, "Bulud" nəşriyyat heyətinin üzvü olub.

Y.Kərimi fevralın 9-da ETTELAAT məmurları tərəfindən evindən aparılıb və Xoy Məhkəməsinin qərarı ilə 6 ay həbsə məhkum edilib.

Elnarə
AzNews.az