Bu gün Ermənistanda keçirilən prezident seçkilərinin birinci turunda ölkənin hazırki prezidenti Serj Sarkisyan qalib gəlib. Bu gün Ermənistanda keçirilən prezident seçkilərinin birinci turunda ölkənin hazırki prezidenti Serj Sarkisyan qalib gəlib.

Sarkisyan yenidən prezident oldu

Bu gün Ermənistanda keçirilən prezident seçkilərinin birinci turunda ölkənin hazırki prezidenti Serj Sarkisyan qalib gəlib.



ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "The Gallup Organization" tərəfindən keçirilən "exit-poll"un nəticələrinə əsasən məlumat verilib.

"Exit-poll"un nəticəsinə əsasən, Serj Sarkisyan səslərin 58 faizini toplayıb. İkinci yerdə "İrs" partiyasının lideri Raffi Ovannisyan 32 faiz səslə qərarlaşıb. Üçüncü pilləni isə 3 faiz səslə sabiq baş nazir Qrant Baqratyan və Paruyr Ayrikyan bölüşür.

Xatırladaq ki, saat 17:00-a olan vəziyyətə görə, Ermənistanda prezident seçkilərində seçicilərin ümumi sayından 1 259 374 nəfər və ya 49,71 faizi səs verib.

AzNews.az