Ermənilər İstanbulda mehmanxana tikəcəklər

İstanbulda fəaliyyət göstərən erməni fonduna mehmanxana və bina tikmək icazəsi verilib.


APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Mxitaryan kolleci və kilsəsi Fondunun 15 min kvadrat metrlik ərazidə tikinti layihəsi təsdiqlənib.

Layihəyə edilən dəyişikliklər nəticəsində indiyədək "İnci Sineması" kimi tanınan fondun ərazisində kilsə və kollec qorunub saxlanmaqla mehmanxana və yaşayış evi tikiləcək.

Qeyd edək ki, dəyişiklik nəticəsində ərazidə ticarət mərkəzi tikilməsi planı ləğv edilib.