Yerevan Meriyası Ermənistanda prezident seçkilərində namizədliyi irəli sürmüş "İrs" partiyasının lideri Raffi Ovannisyanın səlahiyyətli nümayəndəsi Armen Martirosyanın təqdim etdiyi sorğunu rədd edib. Yerevan Meriyası Ermənistanda prezident seçkilərində namizədliyi irəli sürmüş "İrs" partiyasının lideri Raffi Ovannisyanın səlahiyyətli nümayəndəsi Armen Martirosyanın təqdim etdiyi sorğunu rədd edib.

Yerevanda mitinq keçirmək qadağan olundu

Yerevan Meriyası Ermənistanda prezident seçkilərində namizədliyi irəli sürmüş "İrs" partiyasının lideri Raffi Ovannisyanın səlahiyyətli nümayəndəsi Armen Martirosyanın təqdim etdiyi sorğunu rədd edib.




Bu barədə "Novosti-Armeniya" Yerevan meriyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Armen Martirosyan fevralın 20-də şəhər rəhbərliyinə fevralın 23, 24 və 25-də Azadlıq meydanında saat 15.00-dan 19.00-dək mitinq keçirilməsi barədə xəbərdarlıq təqdim edib.

Meriya "İnzibatçılığın prinsipləri və inzibati icraat haqqında" qanunun 33-cü maddəsinin üçüncü bəndini əsas götürərək ərizəni geri qaytarıb. Çünki "Toplanma azadlığı haqqında" qanunun 12-ci maddəsinə uyğun olaraq xəbərdarlığı toplantının keçirilməsinə ən azı yeddi gün qalmış təqdim etmək olar.

Məlumatda o da bildirilir ki, indiki halda ərizə qanunla müəyyən olunmuş müddətdən gec təqdim olunub.


AzNews.az