Qrip əleyhinə vaksinlər istehsal ediləcək

İran gələn təqvim ilindən (martın 21-də başlayır) başlayaraq qrip əleyhinə vaksinlərin istehsalına başlayacaq. Bu barədə Trend cümə axşamı ISNA agentliyinə istinadən məlumat verir




İranın Səhiyyə və Tibb Nazirliyi yanında Ərzaq və dərman vasitələri üzrə təşkilatın rəhbəri Məhəmməd Qeysərzadə bəyan edib ki, İran hazırda vaksinlərin istehsalı üçün zəruri infrastrukturun yaradılması ilə məşğul olan xarici şirkətlə əməkdaşlıq edir.
"Qrip əleyhinə vaksin bahadır, buna görə də İran üçün onu idxal etmək deyil, ölkə daxilində istehsal etmək daha faydalıdır", - Qeysərzadə qeyd edib.
O əlavə edib ki, İran hazırda ölkəyə lazım olan müxtəlif vaksinlərin təqribən 60 faizini idxal etmək iqtidarında deyil.

AzNews.az