“Mən öz puluma məscid tikmək istəyirəm“

Gürcüstanın Baş naziri Bidzina İvanişvili hesab edir ki, Batumidə məscidin tikintisi ilə bağlı məsələ çox sadədir




Trend-in məlumatına görə, bu barədə cümə axşamı İvanişvili regional media nümayəndələri ilə görüşdə deyib.
"Başa düşə bilmirəm ki, niyə bu məsələ müsəlmanların məscidə ehtiyacı olduğu Batumi üçün problemə çevrilib? Onlar dini tələbatlarını ödəməli olan vətəndaşlarımızdır", - İvanişvili qeyd edib.
Onun sözlərinə görə, Gürcüstanda 200 məscidin olması çox azdır.
"Biz tolerant xalqıq və gürcüstanlı müsəlmanlar xristianlar kimi bizim vətəndaşlarımızdır və onlar eyni hüquqlara malikdirlər", - Baş nazir qeyd edib.
İvanişvili, həmçinin qeyd edib ki, bu məsələ dost Türkiyə ilə yaxşı münasibətlərin məsələsidir. Türkiyə ilə münasibətləri pisləşdirmək olmaz.
"Biz heç vaxt insanları dini əqidələrinə görə təqib etməyəcəyik. Şəxsən mən öz puluma məscid tikmək istəyirəm və biz müvafiq formanı tapacağıq", - İvanişvili vurğulayıb.
Baş nazir bu məsələdə ehtiyatlı olmağa çağırıb.

AzNews.az