Moskvada bu il fevralın 8-də “Oliva” restoranında baş verən atışmaya görə aralarında ermənilərin də olduğu 19 nəfər həbs edilib Moskvada bu il fevralın 8-də “Oliva” restoranında baş verən atışmaya görə aralarında ermənilərin də olduğu 19 nəfər həbs edilib

Ermənilərin silahlı kafe macəraları

Moskvada bu il fevralın 8-də “Oliva” restoranında baş verən atışmaya görə aralarında ermənilərin də olduğu 19 nəfər həbs edilib



Daxili İşlər Nazirliyinin Moskva idarəsinin məlumatına görə, paytaxtın müxtəlif rayonlarına keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan ermənilərdən narkotik maddə olan heroin də götürülüb.

15 martda isə daha bir neçə nəfər saxlanılıb ki, onlar da polisə müqavimət göstərməkdə də ittiham ediləcək. Kafedə baş verən atışmanın digər iştirakçıları axtarışdadır.

Polisin məlumatına görə, atışmada Ermənistan və Şimali Qafqaz respublikalarından olan ümumilikdə 40 nəfər iştirak edib.

Elnarə Əlosmanqızı
AzNews.az