Sərkisyandan vəzifə istədi

Ovanisyan Sərkisyadan vəzifə istədi

Ermənistanda keçirilən prezident seçkilərində iştirak edən İrs partiyasının sədri Raffi Ovanisyan uzun sürən mübarizədən sonra hazırki ölkə rəhbəri Serj Sərkisyanın prezidentliyini tanıyacağını açıqlayıb. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ovanisyan Sərkisyanın qarşısında 8 şərt qoyub.

Ovanisyan bununla bağlı Sərkisyana rəsmi müraciət göndərib.

Ovanisyan hakimiyyətdən 8 vəzifənin onlara verilməsini tələb edib. Partiya sədri Baş Prokurorluq, Vergilər Komitəsi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Təhsil və Elm Nazirliyi, İctimai Nəzarət Palatası, Ədalət Şurası və Korrupsiyaya qarşı mübarizə Komissiyası idarəçiliyi vəzifələrini Sərkisyandan tələb edib. Ovanisyan bu tələblərinin yerinə yetəcəyi təqdirdə Sərkisyanın qələbəsini tanıyacağını bəyan edib.


AzNews.az