Ermənistan əhalisinin 75 faizi qara günlərinin hələ qarşıda olduğunu düşünür. Ermənistan əhalisinin 75 faizi qara günlərinin hələ qarşıda olduğunu düşünür.

“Ermənilərin pis günü hələ qabaqdadır“

Ermənistan əhalisinin 75 faizi qara günlərinin hələ qarşıda olduğunu düşünür.




Avropa Birliyinin apardığı sorğu nəticəsində məlum olub ki, Ermənistan əhalısının 75 faizi ölkədəki vəziyyətin yalnış kursda getdiyini düşünür və nəticələrin daha ağır olacağı qənaətindədir. Əhalinin 90 faizi Avropa Birliyinə ümid yeri kimi baxır, onların 70 faizi bu məsələdə Avropaya inanır:

"Bu gedişlə bundan da pis günlər gözləyir bizi; Ətrafa baxın. 10 il ərzində dəyişən nəsə görürsüz?; Məmnuniyyətlə çıxıb Avropaya gedərdim; Hələ də Sovet dövründən qalma evləri və avadanlıqları istifadə edirik. Müasir dünyadan təcrid olunmuşuq; Ermənistan düzələn deyil".

Ermənistandakı vəziyyət bu ölkəyə gələn İranlı turistlərin sayına da təsir edib. Belə ki, bu il mart ayında bura gələn turistlərin sayı iki dəfədən də çox azalıb. Belə ki, Ötən ilin mart ayında Ermənistana 15 min iranlı gəlibsə bu il bu rəqəm 5500-ə düşüb.

Əvvəllər erməni sürücülər iranlıları Mehridən İrəvana gətirmək üçün 200 dollar istəsələr də indi iranlılar irəvana 100-120 dollara gəlir. İndi erməni sürücülər saatlarla gömrük məntəqəsi qarşısında avtomobilin dolmasını gözləməli olur. Əvvəllər İrəvanda 150 dollara ev kirayələyən iranlılar indi bu qiymətə 2 ev kirayə götürə biliblər.

AzNews.az