İranda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslər ilk növbədə Güney Azərbaycanın səsini qazanmağa çalışır İranda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslər ilk növbədə Güney Azərbaycanın səsini qazanmağa çalışır

Prezidentliyə namizədlər Azərbaycanda qərargah açacaq

İranda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən şəxslər ilk növbədə Güney Azərbaycanın səsini qazanmağa çalışır


Namizədlərdən biri Möhsün Rzayi hətta "Traktor" komandasının oyununa gedərək Təbriz komandasına azarkeşlik edib. O, oyun boyunca boynundakı "Traktor" komandasının şərfi ilə diqqətləri çəkib.

Daha sonra M.Rzayi Qərbi Azərbaycan vilayətinə səfər edib. Namizədin bu hərəkəti Güney Azərbaycandan olan seçicilərin səsini qazanmağa çalışması kimi qiymətləndirilir..

"Baybak" saytının məlumatına görə isə, prezidentliyə namizədliyini irəli sürən şəxslər arasında danışıqlar başlayıb. Onlar vahid namizəd məsələsini müzakirə edirlər.

Yaxın zamanda namizədlərin Təbriz və Urmu məntəqələrində qərargah açmağa cəhd göstərəcəyi vurğulanır.

Elnarə Əlosmanqızı
AzNews.az