Ermənistana turist axını azalıb

İrandan Ermənistana turist axını 43% azalıb. APA-nın "Arannews"a istinadən məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin Nəqliyyat və Terminallar İdarəsinin müdir müavini Əyyub Nəcəfi bildirib.

Onun sözlərinə görə, Novruz Bayramı tətili (15-24 mart) zamanı İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana 7151 nəfər keçib: "Bu rəqəm isə ötən ilin eyni dövrü ilə müqayisədə 43% azdır".

Ə.Nəcəfi həmçinin deyib ki, 15-24 mart tarixləri arasında İran və Azərbaycan arasındakı Culfa sərhəd-keçid məntəqəsindən 34 723 nəfər keçib: "Onlardan yalnız 1310 nəfəri İran vətəndaşıdır".

AzNews.az