- Köhnə - Region
- 30 Mart 2013 10:48
- 2 761
“Kürdlər kimin tərəfində olacaqsa, o, udacaq”
PKK yaradıcılarından olan Nizaməddin Taşdan ilginc açıqlama
"Türkiyənin kürd problemini həll etmək üçün üzləşdiyi indiki vəziyyət Çaldıran müharibəsindəki kimidir". Bu bənzətməni PKK-nın yaradıcılarından biri, "qara qutu" hesab edilən Nizaməddin Taş aparıb. AzNews.az "Sabah"a istinadən bildirir ki, Taş Türkiyənin Çaldıran müharibəsində olduğu kimi indi də vəziyyəti öz hesabına dəyişə biləcəyinin mümkünlüyünü söyləyib.
N. Taş 10 il əvvəl keçmiş dostlarından ayrılaraq yeni təşkilat yaradıb. O, "Sabah"a müsahibəsində bildirib ki, problem həll olunmayacağı təqdirdə Türkiyənin Orta Şərqlə əlaqələri qopacaq. "Ərəb baharı"nın əsl məqsədinin İran olduğunu deyən Taş İranın Livan və Fələstində, daha sonra isə Suriyada cəbhə açdığını vurğulayıb:
"Bu cəbhələşmədə əvvəllər təyinedici güc Fələstin idi, indi isə Kürdüstandır. İraqda şiələrlə kürdlər arasında müharibə başlasa İran bu dəfə Kürdüstanda yeni cəbhə açacaqdı. Bu cəbhədə kürdlər hansı tərəfdə olarsa, qələbəni də o tərəf qazanacaq. Tarixi baxımdan bu dönəm Çaldıran müharibəsinə bənzəyir. Çaldıran müharibəsində kürdlər Şah İsmayılın yerinə Yavuz Sultan Səlimlə ittifaqa girdiyindən vəziyyət Osmanlının xeyrinə dəyişmişdi".
Elnarə Əlosmanqızı
AzNews.az