Ötən il Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 1,59 milyard dollar təşkil edib Ötən il Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 1,59 milyard dollar təşkil edib

Ermənistana qoyulan investisiyalar azalır

Ötən il Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 1,59 milyard dollar təşkil edib




Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "News.am" Ermənistan Milli Statistika Xidmətinə istinadən məlumat verir.
2011-ci illə müqayisədə investisiyalar 8,6 faiz azalıb. 2012-ci ildə real sektorda xarici investisiyaların 37,6 faizi və birbaşa investisiyaların isə 49,82 faizi telekommunikasiya sahəsinin payına düşüb.
Ən iri xarici investor 230 milyon dollarla Fransa olub ki, bu da 2011-ci illə müqayisədə 2,3 dəfə çoxdur.
2012-ci ildə Rusiya şirkətlərinin investisiya axını 123 milyon dollar təşkil edib. Rusiyadan Ermənistana investisiyaların həcmi 3,2 dəfə azalıb. Rusiya investisiyalarının 1/3 hissəsi telekommunikasiya sektorunun payına düşüb. Rusiya şirkətləri, həmçinin enerji (25 milyon dollar), əlvan metalların istehsalı (7,2 milyon dollar), pərakəndə ticarət (25 milyon dollar), nəqliyyat (14,5 milyon dollar) sahələrinə maraq göstəriblər.
Argentina, Almaniya, İsveçrə və Seyşel adalarından daxil olan investsiyaların həcmi müvafiq olaraq, 51 milyon dollar, 48 milyon dollar, 43 milyon dollar və 23 milyon dollar təşkil edib.

AzNews.az