Qonşu qızın yanağından öpdü …12 il cəza aldı

Türkiyənin Samsun şəhərində ibrətamiz bir məhkəmə qərarı çıxarılıb. Qonşunun 16 yaşındakı qızını yanağından öpən 62 yaşlı N.A 12 il 6 ay azadlıqdan məhrum edilib.





Hadisə 2009-cu ildə baş verib və qızın ailəsi 62 yaşlı qonşu ilə bağlı məhkəməyə müraciət edib. Bir neçə ildən sonra məhkəmə yekun qərarını açıqlayıb.

O zaman 16 yaşı olan qonşu qızının yanağından öpdüyü üçün 12 il 6 ay azadlıqdan məhrum edilən kişi barəsindəki ittihamları qəbul etməyib. Bununla belə məhkəmə "kiçik yaşda qıza cinsi istismar" ittihamı ilə kişi barəsində qərar çıxarıb.

Elnur
AzNews.az