- Köhnə - Region
- 5 Aprel 2013 20:31
- 3 518
Rusiya Azərbaycana nota verməyib
Aleksandr Lukaşeviç: "Sadəcə səfirlik jurnalist Milrad Fətullayevin aeroportda saxlanılması ilə bağlı insidentə aydınlıq gətirilməsini xahiş edib"
"Rusiya Azərbaycana nota verməyib". Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya xarici işlər nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O bildirib ki, Rusiyanın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyindən Heydər Əliyev Beynəlxalq Hava Limanında "Nezavisimaya qazeta"nın jurnalisti Milrad Fətullayevin saxlanılması ilə bağlı insidentə aydınlıq gətirilməsini xahiş edib: "Bu etiraz notası deyil".
Xatırladaq ki, M. Fətullayev martın 31-dən aprelin 1-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb və deportasiya edilib.
AzNews.az