- Köhnə - Region
- 12 Aprel 2013 20:50
- 2 743
Üzə bilməyən azərbaycanlı model 5 metrdən suya tullandı
Hündürlükdən tullanmaq üzrə yarışda G.Musayeva qətiyyən üzmək bilmədiyini söyləyib. Yarışmaya qatılmaq üçün məşqçilərlə çalışan azərbaycanlı model qorxudan bəzi məşqlərdə məşqçisini uzun müddət gözləməyə vadar edib.
Tətil zamanı ancaq ayaqlarını suya salmaqla dincəldiyini deyən G.Musayeva bundan utandığını bildirib. Yarışa da məhz bu qorxusunu aradan qaldırmaq üçün qatıldığını deyən G.Musayeva 5 metr hündürlükdən suya atılmağı qərara alıb. Qorxduğu üçün atılmağı bir müddət ləngidən G.Musayeva sonunda 5 metrdən suya tullanıb.Münsiflər heyəti G.Musayevanın atışını yüksək qiymətləndirib.
Elnur
AzNews.az