Saakaşvilini günahkar saymayacaq

İvanişvili sözlərini geri götürdü



Gürcüstanın baş naziri Bidzina İvanişvili daha prezident Mixail Saakaşvilini 2008-ci ildə Rusiyaya qarşı müharibənin başlanılmasında günahkar bilməyəcək. "Bloomberg" agentliyinin yaydığı məlumatda bildirilir ki, İvanişvili öz sözlərini geri götürüb. Bununla belə baş nazir bildirib ki, prezident Saakaşvilinin 5 günlük müharibədə hansı rol oynadığını araşdırmaq lazımdır.

Sözlərində korrektə edən İvanişvili indi iddia edir ki, Gürcüstan müharibəni başlamayıb. "Məhz Rusiya ölkəmizin sərhədini pozub və bununla da Gürcüstanı işğal edib. Saakaşvilinin isə qarşı tərəfin təxribatlarından niyə yayınmadığını araşdırmaq lazımdır", - deyə o vurğulayıb.

AzNews.az