- Köhnə - Region
- 14 Aprel 2013 21:35
- 2 793
“İrançılar” Azərbaycana qarşı toplantı keçirir
İran Millətlərinin Federal Konqresi İngiltərənin paytaxtı Londonda 2 günlük toplantı keçirir
Güney Azərbaycan saytlarının məlumatına görə, bu toplantı xarici dövlətlərin yardımı ilə təşkil olunur.
Toplantıda xüsusilə İranda yaşayan bəluç və kürdlərin məsələsi müzakirə ediləcək. Konqresin iclasında Güney Azərbaycandan olan siyası qrupların nümayəndələri iştirak etmir. "Baybak" xəbər veriri ki, konqresin bu dəfəki toplantısında özünü Güney Azərbaycanın nümayəndəsi kimi təqdim edən bəzi şəxslərin iştirakı gözlənilir. Lakin bu şəxslər Güney Azərbaycanın Milli Hərəkatının nümayəndəsi olmayıb "irançı" kimi tanınırlar.
Qeyd edək ki, adıçəkilən Konqres bir neçə il əvvəl kürdlərin təşəbbüsü ilə yaradılıb.
Elnarə
AzNews.az