- Köhnə - Region
- 15 Aprel 2013 18:28
- 2 964
Ermənistanı tərk edənlərin sayı artır
Cari ilin I rübündə 165 275 nəfər Ermənistanı tərk edib, ölkəyə isə 141 192 nəfər gəlib. Bununla da mənfi saldo 24 083 təşkil edib.
Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, I rübdə Zvartnos aeroportunda 1935 uçuş və eniş həyata keçirilib. Ötən il bu rəqəm 2150 olub.
Buna baxmayaraq, bu il Ermənistanı 2012-ci ilə nisbətən daha çox insan tərk edib. Ötən il ölkəni 164 880 nəfər tərk etmişdi.
AzNews.az