Suriyaya kimyəvi silah verən ölkələrin adı açıqlandı

Türkiyə, Fransa və İngiltərə Suriya müxalifətinə kimyəvi silahla təmin edir.

Belə bəyanatı Suriyanın informasiya naziri Ümran əl-Zubi səsləndirib. Suriyanın SANA xəbər agetnliyinin məlumatına görə, kimyəvi silahların qaynağını bu 3 ölkədə axtarmaq lazımdır.

Qeyd edək ki, bundan əvvəl "The Times" qəzeti ingilis hərbi müşahidəçilərin Suriyada kimyəvi silahdan istifadə etdiyinə dair dəlillərin olduğunu bildirmişdi.

Elnarə
AzNews.az