- Köhnə - Region
- 15 Aprel 2013 21:03
- 1 896
Çobanlara 2100 dollar maaş veriləcək
Türkiyənin Muş vilayətindəki fermerlər çoban axtarırlar.
Onlar sürülərinə çobanlıq etməyə razılaşacaq adamların hər birinə ayda 2100 dollar maaş vəd edirlər.
Çobanların yardımçılarının 1700, baş çobanın isə 2500 dollarlıq maaş alacağı deyilir.
Lakin fermerlər hələ də yetərli sayda çoban tapa bilməyiblər.
Muşlu fermerlərin dediklərinə görə, qışın uzun keçməsindən dolayı yerli çobanlar böyük şəhərlərə işləməyə gediblər və sonra geri dönməyiblər.
"Burada təxminən 6 ay işləyən çoban 17 min dollar pul qazanır. Amma nə yazıq ki, çobanlıq edəcək adam tapmırıq. Hər il Mardin, Diyarbəkir və Şanlıurfadan çobanlar gətirirdik. Bu il oralardan da gələn olmadı", - fermer Haluk Dizdaroğlu deyib.
Digər fermer Serdar Koç isə bildirib ki, Muşda 1,3 milyon xırdabuynuzlu, 280 min dənə iribuynuzlu davar var.
Fermerlərin dediklərinə görə, çobanların bütün ehtiyaclarını da təmin edirlər: "Onlara maaş verməklə yanaşı, yemək, içmək, qalmağa yer də veririk".//milli.az
AzNews.az