İran mətbuatı Rəsulzadə ilə bağlı şok məlumatlar yaydı

“Türkiyəyə sığınan Rəsulzadə İrandan kömək istəyirdi”



İran Qafqazın 17 şəhərinin qaytarılması, Türkmənçay və Gülüstan müqavilələrinə yenidən baxılması iddialarında indi də Məhəmməd Əmin Rəsulzadənin adından istifadə etməyə cəhd göstərir. "Arannews" saytı 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yarandığı dövrə nəzər salaraq yazıb: "Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə bu ərazidə müstəqil dövlət elan etdi və onu "Azərbaycan" adlandırdı. Bu məsələ İranda kəskin reaksiyalara səbəb oldu. O dövrdə iranlı ziyalı və tarixçilərin nəşr etdirdiyi "Rəəd", "İran Cəngəl", "Nobəhar", "İrşad" və s. kimi bir sıra qəzetlərdə bu mövzuda bir çox məqalələr dərc edildi və belə bir ad seçdiyi üçün Müsavatın başqanları, Azərbaycanın iki illik hökumətinin prezidenti Məhəmməd Əmin Rəsulzadə ilə mübahisəyə qalxdılar".

Sayt həmçinin iddia edib ki, ADR-in süqutundan sonra Türkiyəyə sığınan Rəsulzadə İrandan yardım istəyib: "Rəsulzadə köhnə dostu Təqizadənin vasitəsilə İran rəsmilərinə göndərdiyi məktubda İran dövlətindən kömək istəyirdi. Şəmsi təqvimi ilə 1308-ci ildə yazılan həmin məktubda Rəsulzadə İran dövlətindən istəyir ki, yeni hərbi qüvvə, pul və imkanlar "Müsavat" partiyasının ixtiyarında qoysun".

Elnarə
AzNews.az