- Köhnə - Region
- 16 Aprel 2013 08:30
- 2 615
Polis rəisi tutduğu vəzifəsindən azad edildi
Yerevan polisinin rəisi tutduğu vəzifəsindən azad edilib
Yerevan Şəhər Polis İdarəsinin rəisi Nerses Nazaryan tutduğu vəzifəsindən azad edilib. Trend-in verdiyi məlumata görə, bunu Yerevan polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aşot Aqaronyan deyib.
Onun sözlərinə görə, Ermənistan polisinin rəisi Vladimir Qasparyanın əmri ilə Aşot Karapetyan Yerevan Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Karapetyan bunadək Baş Cinayət-Axtarış İdarəsinə rəhbərlik edib.
Kadr dəyişikliklərinin səbəbləri barədə məlumat verilmir.
AzNews.az