- Köhnə - Region
- 16 Aprel 2013 13:51
- 2 164
"Bu gün bayramdır"-Eks polis rəisi
Polis rəisi istehfasının səbəblərini açıqlayıb
Bu gün Ermənistanda vəzifəsindən polis rəisi istefasından sonra jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, heç də əhvalı pis deyil. "Bəlkə siz elə hesab edirsiniz ki, mənim əhvalım pisdir? Xeyir, qətiyyən belə deyil. Bu gün bayramdır",-deyə eks rəis bildirib.
Onun sözlərinə görə, bəzən elə şeylər olur ki, artıq insan hiss edir ki, istefa və ya işdən azad edilmə zamanı gəlib. "Mən bu fikrə paytaxt Yerevanda başlayan aksiyalardan sonra gəldim. Başa düşürdüm ki, uzaqlaşmaq lazımdır. Əlbəttə bir kollektivdə uzun müddət işləyəndən sonra dostlardan ayrılmaq çətin olur. Ancaq insan buna da öyrəşir. Düzünü desəm, qərar mənim üçün yenilik oldu. Hiss edirdim, amma bu gün olacağını bilmirdim".
Eks rəis Nerses Nazaryanın sözlərinə görə, o bir müddət dincəlmək fikrindədir.
Aynur Hüseynova
AzNews.az