- Köhnə - Region
- 16 Aprel 2013 14:54
- 3 856
İranda 8 bal gücündə zəlzələ: yüzlərlə ölü-Yenilənib
İran İslam Respublikası ərazisində güclü zəlzələ baş verib
Pakistanda ən azı 1200 evin dağıldığı deyilir, zəlzələ Hindistanda da hiss olunub
İran İslam Respublikası ərazisində güclü zəlzələ baş verib. APA-nın xəbərinə görə, zəlzələnin episentrinin İran-Pakistan sərhədinə təsadüf etdiyi və 8 bal gücündə olduğu bildirilir.
Təkanlar bütün Fars Körfəzi ölkələrində və Hindistanda da hiss edilib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələdən bir qədər sonra təkanların 7,8 bal, İran tərəfi isə 7,5 bal gücündə olduğunu açıqlayıb.
İran Dövlət Televiziyası azı 40 nəfərin öldüyü haqda xəbər yaysa da, adının çəkilməsini istəməyən rəsmi şəxslər yüzlərlə adamın öldüyünü bildiriblər.
Pakistanda da dağıntılar var. Ən azı 1200 evin dağıldığı barədə xəbərlər gəlir.
*** 16:12
APA-nın xəbərinə görə, zəlzələnin episentrinin İran-Pakistan sərhədinə təsadüf etdiyi və 8 bal gücündə olduğu bildirilir. Hələlik tələfat və dağıntılar haqda məlumat yoxdur.
Təkanlar bütün Fars körfəzi ölkələrində və Hindistanda da hiss edilib.
AzNews.az