İrandan növbəti iftira

Son illər ərzində 20 min nəfər xristian dinini qəbul edib



Azərbaycanda son illər ərzində 20 min nəfər xristian dinini qəbul edib.

Belə bir iddia ilə İranın Arannews saytı çıxış edib. Sayt iddia edir ki, qərb ölkələrindən gəlmiş xristian qurum və müəssisələr Azərbaycanda fəaliyyət göstərirlər: "Onlar kommunistlərin 70 illik hakimiyyəti dövründə İslam təlimlərindən məhrum olmuş müsəlmanların bu ölkəyə hakim kəsilmiş iqtisadi problemlərindən və yoxsulluqlarından sui-istifadə edərək, onları xristianlığa cəlb edirlər. Yaxud da aylıq haqq vermək kimi metodlardan istifadə edərək yoxsul müsəlmanları İslamdan döndərirlər. Bu günlərdə xristian qurum və təşkilatlarının Azərbaycan Respublikası, Rusiya, Almaniya, Amerika və digər ölkələrdə azəri müsəlmanları birbaşa dinlərini dəyişməyə dəvət etmələri onların mədəniyyət transformasiyası mövzusunda uğur qazanmalarını göstərir".

Sayt Dünya Azərbaycanlıları Konqresini də ittiham edib:

"Azərbaycanlıların ortaq tarixini gizli saxlamaq anti-azəri lobbilərin bəlkə də ən əsas planlarındandır. Nümunə kimi Dünya Azərbaycanlılarının Konqresini göstərmək olar ki, bu qurumun iclasları Azərbaycan Respublikasında təşkil edilir və onun mövzuları anti-azəri liderlərin napak niyyətindən xəbər verir. Əlbəttə, bu arada Azərbaycan Respublikasının öhdəsinə düşən payı unutmaq olmaz".

Elnarə
AzNews.az