- Köhnə - Region
- 17 Aprel 2013 14:13
- 4 530
Türkiyə Fransa prezidentindən izahat gözləyir
Türkiyə hökuməti rəsmi Parisdən açıqlama və izahat gözləyir
Türkiyə hökuməti Fransa prezidenti Fransua Ollanddan saxta erməni soyqırımının tanınması ilə bağlı qaldırılan məsələnin yenidən açılmamasına dair zəmanət istəyir.
Rəsmi Ankara bundan əlavə prezident Ollandın erməni soyqırımı məsələsində qəti və son olaraq bildirməsini də tələb edir. Türkiyəin baş nazir müavini Bülent Arınç may ayında istənilən suallara cavab tapılacağını bildirib. Onun sözlərinə görə, Türkiyəni narahat edən bu iki məsələyə ancaq və ancaq prezident Olland cavab verməlidir.
Aynur Hüseynova
AzNews.az