- Köhnə - Region
- 17 Aprel 2013 16:05
- 2 460
Ermənistan Macarıstanla əlaqələri bərpa edəcək
Ermənistan hökuməti Macarıstanla münasibətləri yenidən bərpa etmək fikrindədir
Ermənistan Xarici işlər naziri Edvard Nalbadyan rəsmi Yerevanın Macarıstanla əlaqələri bərpa etmək fikrində olduqları barədə danışıb. Nazirin sözlərinə görə, rəsmi Yerevan həmişə münasibətləri bərpa etməyə hazırdır, sadəcə qarşı tərəfdən hər hansı addımlar gözləyir.
Məlumat üçün deyək ki, Ermənistanla Macarıstan arasında münasibətlər 2012-ci ilin avqust ayından etibarən korlanıb. Belə ki, azərbaycanlı leytenant Ramil Səfərovun Macarıstan hökumətinin qərarı ilə Azərbaycana göndərilməsi və prezident İlham Əliyevin onu azad etməsi Ermənistanda sakit qarşılanmadı. Bundan sonra prezidentin Serj Sarkisyan Macarıstanın düzgün və ədalətli qərar vermədiyini və bu səbəbdən əlaqələrin sona yetəcəyi barədə məlumat vermişdi.
Aynur Hüseynova
AzNews.az