8 yaşlı oğlan zorlanıb öldürüldü

Rusiyanın Kamçatka vilayətinin Yelizovski rayonunda təcavüzə məruz qalan 8 yaşlı oğlan xəstəxanada ölüb. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaq xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Hadisə aprelin 17-də baş verib. 8 yaşlı oğlan müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və həkimlər onda zorlanma əlamətləri müşahidə ediblər. Bütün müdaxilələrə baxmayaraq oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Elnur
AzNews.az