İranın əmək və sosial rifah naziri Azərbaycana gələcək

İran İslam Respublikasının əmək və sosial rifah naziri Əsədulla Abbasinin rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək



Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nazir Ə.Abbasi Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasında iştirak edəcək və bir sıra rəsmi görüşlər keçirəcək.

AzNews.az