- Köhnə - Region
- 18 Aprel 2013 15:11
- 6 981
Rusiya kəşfiyyatçıları təlimlərini yekunlaşdırıblar- Ermənistanda
"Təlimlər zamanı dağlıq yerlərdə və şəhər şəraitində kəşfiyyat-axtarış hərəkətləri üzrə təcrübi bacarıqlar yerinə yetirilib", - Cənub hərbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Təlimin planına uyğun olaraq, kəşfiyyatçılara şərti rəqibin əsas məntəqəsini aşkarlayıb məhv etmək, məxfi informasiyanı, həmçinin silah və əlaqə vasitələrini ələ keçirmək olub.
Qarşıya qoyulan məsələləri yerinə yetirmək üçün şəxsi heyət helikopterdən desant hücumu və xüsusi hərəkətlərin keçirildiyi yerə dağlıq-meşəlik yolla gizli yerdəyişmə həyata keçirib. Həmçinin, kəşfiyyatçılar 19-cu əsrdən Cənubi Qafqazda Rusiya qoşunlarının şərti olaraq "Böyük qala" (Gümrü şəhəri) adlandırılan daimi dislokasiya məntəqəsini ələ keçiriblər.
AzNews.az